Neftçilər pr-ti 78, Park Bulvar Əyləncə Mərkəzi, 4-cü mərtəbə
+994 12 598 74 14, 119
Şəbəkənin birinci ən məşhur kinoteatrı dünya kinostudiyaları və «Universal Pictures», “20 century Fox”, “Warner Bros.”, “Sony”, “Disney”, “Bazeleves”, “Inter Film” və s. kimi distribusiya şirkətlərin rəsmi məlumatlarına görə Azərbaycanın ən ziyarət edilən kinoteatrı kimi tanınır. Park Bulvar TM-nin 4-cü mərtəbəsində yerləşir, VİP ilə birlikdə 6 kinozalı, 789 oturacaq yeri, VİP bar ilə birlikdə 3 barı var. Kinoteatr Dolby Digital səs sistemi, dünya ekspertləri tərəfindən ən yaxşı 3D texnologiyası kimi qəbul edilmiş RealD 3D (Azərbaycanda yeganə) və yüksək keyfiyyətli gümüş örtüklü, filmləri daha yaxşı əks etdirən, 3D effektinin dərinliyinə təsir edən çökük ekran ilə təchiz olunub.