Biz kinoteatrın əmlakına, o cümlədən oturacaqlara və xalçaya ləkə sala biləcək məhsullara, eləcə də onların keyfiyyətinə görə məsuliyyət daşıya bilmədiyimiz üçün kinoteatrdan kənarda alınmış qida məhsulları ilə zala girişə icazə vermirik. Kinobarımızda satılan bütün məhsullar sertifikatlaşdırılıb və tam təhlükəsizdir.
Bu, sevgililər üçün nəzərdə tutulmuş ikili oturacaqlardır. Bir "love seats"in qiymətinə iki yer əldə edirsiniz.
Bəli, var. Bununla bağlı ətraflı məlumatı saytımızdakı "Aksiya" bölməsindən əldə edə bilərsiniz.
Biletin qiyməti həftənin günündən, vaxtından və formatından asılı olaraq dəyişə bilər. Bu səbəbdən ana səhifədəki cədvəldən istədiyiniz filmə keçid edərək aktual qiymətlərlə tanış ola bilərsiniz.
Azərbaycan Respublikasının "Kinematoqrafiya haqqında" Qanunun 40.2.2-2-ci maddəsinə görə, yaş təsnifatı təmin edilmədən və müvafiq yaş kateqoriyasına uyğun işarələnmədən informasiya məhsullarının yayımlanması qadağandır. Bu qanunvericilik aktlarına əsasən, kinoteatrlar filmlərin yaş məhdudiyyətlərinə riayət etməli və yaşı uyğun olmayan şəxslərin müvafiq filmlərə baxmasına icazə verməməlidirlər. Yalnız valideynin müşayiəti ilə mümkündür.