movie-bg2-small

Haqqımızda

Park Cinema - 4 meydançadan ibarət ən böyük nüfuzlu kinoteatrlar şəbəkəsidir. Ən yüksək texniki tələblərə cavab verən kinoteatrlar Park Bulvar, MetroPark, Park Zagulba AVM, Bakının yeni simvolu Flame Towers-in yüksək səviyyəli ticarət mərkəzi.
 
Əfsanəvi komfort və zalların keyfiyyətindən savayı, Park Cinema Azərbaycanda əzəmətli IMAX formatının yeganə nümayəndəsidir. Şəbəkə repertuarına festival filmləri və arthausdan başqa, ən məşhur premyeralar daxildir. Hər il Park Cinema şəbəkəsində kinofestivallar keçirilir, müntəzəm olaraq qala-premyeralar və press-nümayişlər, sadiq tamaşaçılar üçün geniş aksiyalar və filmlərin xeyriyyə nümayişi təşkil olunur. Şəbəkə Facebook və İnstagram sosial şəbəkələrində öz fəallığı,  kontentə və istifadəçilərlə ünsiyyətə yaradıcı yanaşma ilə  məşhurlaşıb və Azərbaycanın ən müzakirə olunan və populyar kinoman qrupu statusunu alıb (Socialbakers*-in məlumatına əsasən). Onu da qeyd edək ki, brend Bakının kübar həyatının çoxsaylı mühüm hadisələrinin tərəfdaşıdır, bu da Park Cinema-nın yüksək statusunun rəmzidir.  
 
*Socialbakers- sosial şəbəkələrdə ən məşhur hesabat və statistika xidmətidir. Park Cinema səhifəsi istifadəçilərin sorğularının 98%-ni cavablandırdığına görə sertifikat alıb.
 

FLAME CINEMA MMC

AZ1060, Bakı ş-ri, Nizami r-nu AZƏR MANAFOV ev.14, m.54

AZ1006, Bakı ş-ri, Səbail r-nu, M.Hüseyn küçəsi, 1A

gallery

Şəbəkənin birinci ən məşhur kinoteatrı dünya kinostudiyaları və «Universal Pictures», “20 century Fox”, “Warner Bros.”, “Sony”, “Disney”, “Bazeleves”, “Inter Film” və s. kimi distribusiya şirkətlərin rəsmi məlumatlarına görə Azərbaycanın ən ziyarət edilən kinoteatrı kimi tanınır. Park Bulvar TM-nin 4-cü mərtəbəsində yerləşir, VİP ilə birlikdə 6 kinozalı, 789 oturacaq yeri, VİP bar ilə birlikdə 3 barı var. Kinoteatr Dolby Digital səs sistemi, dünya ekspertləri tərəfindən ən yaxşı 3D texnologiyası kimi qəbul edilmiş RealD 3D (Azərbaycanda yeganə) və yüksək keyfiyyətli gümüş örtüklü, filmləri daha yaxşı əks etdirən, 3D effektinin dərinliyinə təsir edən çökük ekran ilə təchiz olunub. 

gallery

Şəbəkənin ən tutumlu, rahat mühitli kinoteatrı Nərimanov metro stansiyasının yaxınlığında yerləşir. Ziyarət edilən kinoteatrlardan ikincisi məşhur Metro Park TM-nin 6-cı mərtəbəsində yerləşir, 6 zalı, 1034 oturacağı var. Kinoteatrın üstünlüyü ondan ibarətdir ki, TM-dən ayrıca yerləşir, və bunun sayəsində TM-nin səs-küyü qonaqlara mane olmur. Kinoteatrda müxtəlif endirim sistemləri tətbiq olunur: Ailə tarifi, Uşaq tarifi və hər həftənin çərşənbə axşamı günü 50% endirimlə filmlərə baxmağa imkan yaradan Super Gün. 

gallery

Ənənəvi komfort və lüks atmosferi birləşdirən yüksək səviyyəli kinoteatr Bakı şəhərinin yeni müasir simvolu olan Flame Towers-də yerləşir. 282 tamaşaçını yerləşdirən Azərbaycanda ilk IMAX formatlı zal daxil olmaqla, kinoteatr 6 zal, 800 oturacaqdan ibarətdir. Standart zallar RealD 3D texnologiyası, gümüş örtüklü ekranlar, və çox rahat Couple Seats oturacaqları ilə təchiz olunub. IMAX formatı təxəyyülü o dərəcədə heyrətləndirir ki, aydın görüntü, böyük ekran, ən yaxşı 3D və güclü səsli IMAX Experience-i sınayan tamaşaçılar ən məşhur blokbasterlərə məhz bu formatda baxmağa üstünlük verirlər.

gallery
Unikal yüksək səviyyəli kinoteatr ən populyar bağ zonalarının birində - Zagulba Park TM-də yerləşir.
2D və 3D formatlı 4 rahat zal, 576 oturacaq yer və zəngin barlı geniş foye Sizə ailəniz və dostlarınızla birgə unudulmaz vaxt kəçitməyə imkan verəc. Yay istirahətinin ideal əlavəsi.
gallery

Sahdag Turizm Mərkəzində yeni filmləri izləməkdən həzz almaq üçün əla imkan

gallery

Park Cinema Aygun Mall şəhərdə ola ola şəhərin sıxlığından kənar rahat film izləyib və vaxt keçirə biləcəyiniz yeganə məkan!