RENUAR-NAMƏLUM RƏSSAM

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Pyer-Ogüst Renuar Parisi təsvir etdiyi impressionist tabloları ilə tanınır və sevilir. Bu rəsmlər dünyanın ən dəyərli rəsm nümunələri arasında yer alır. Lakin Renuar vaxt keçdikcə bu üsluba vida edib rəsmlərinin istiqamətini dəyişib. Renuarın Barns fondunun Filadelfiyadakı kolleksiyasında yer alan 181 əsərinə həsr edilmiş bu maraqlı filmdə rəssamın həyatının son illərində yaradıcılığının aldığı istiqamət və bu günə qədər də onun izləyiciləri zidd rəylər bildirməyə vadar etməsinin səbəbi araşdırılır. Bəziləri Renuarın son əsərlərinə heyran olduqlarını, digərləri isə bu rəsmləri görmək belə istəmədiklərini bildirirlər. Çoxları üçün təəccüblüdür ki, Renuarın son əsərlərinə müraciət edən və onlardan dərindən təsirləndiklərini ifadə edən bir çox rəssam arasında XX əsrin iki nəhəngi – Pikasso və Matiss də var. Filmdə rəssamın bizim üçün yeni olan həyat hekayəsindən bəhs edilir. Üstəlik film Renuarın köhnə və yeni zaman arasında körpü rolu oynamasını nəzərdən keçirir Bilətləri burda əldə bilərsiniz https://iticket.az/events/parkcinema/renoir-revered-and-reviled/6166  
Daha çox